Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO)

Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO)

Tarix: 19 Iyul 2020 05:21

Bakı. Trend:

2020-ci il 18 İyul tarixində Tovuz rayonun Dondar Quşçu və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 (bir) siqnal (əməliyyat çağırışı) daxil olmuşdur.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində 3 ev və həyətyanı sahəyə, 2 əkin və 1 otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış top mərmilərinin qalıqları aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Partlamış mərmilərin ətrafında 745 kv.m əraziyə yerüstü, 59 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image Tovuz rayonuda partlamamış top mərmisi aşkar olunub (FOTO) - Gallery Image


Etiketlər:  Tovuz rayonuda partlamamış mərmisi aşkar olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ