Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 21:40
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 19-na olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 095 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 627 881 test aparılıb. Aktiv xəstə sayı 8 200 nəfərdir, onlardan 340 nəfər reanimasiyadadır, 55 nəfər isə süni tənəffüs aparatına qoşulub.