Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 23:45
Uşaq və yeniyetmələr arasında çox populyar olan oyuncaq-antistres slaym sağlamlığa ciddi ziyan vura bilər. Belə nəticəyə istehlakçıların hüquqlarını müdafiə edən müstəqil Witch şirkəti (Böyük Britaniya) gəlib.
Ekspertlər 11 şirkətin buraxdığı slaymların tərkibini analiz edib belə qərara gəliblər ki, oyuncaqların tərkibində olan kimyəvi maddələr normadan artıqdır və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Bəs slaym nədən hazırlanır? Onun tərkibinə yapışqan, sellüloz, boraks, boya və s. kimyəvi maddələr daxildir. Ekspertlər xüsusilə boraksı vurğulayır ki, bu toksiki maddə ilə uzun müddət ərzində təmasda olan uşaqlarda ishal, mədədə ağrı, ürəkbulanması, qusma ola bilər.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, slaym göz, dəri, nəfəs yollarını qıcıqlandırır, ciddi allergik reaksiyalara səbəb olur. Orqanizmin daxilinə düşdükdə slaym sinir və həzm sistemi, böyrəklərə mənfi təsir edir.
Uzun müddət istifadə olunduqda bakteriya və göbələk mənbəyinə çevrilən slaym dəridə səpgi və yaraların əmələ gəlməsinə gətirib çıxardır. Son zamanlar həkimlər uşaqlar arasında məhz slaymla oynadıqdan sonar ağır dermatitlərin hallarının artmasını müşahidə edirlər.
Həkimlə xəbərdarlıq edir ki, çox ağır hallarda xüsusilə allergiyaya meylli olan uşaqlarda slaym güclü öskürək, nəfəsalmanın çətinləşməsinə, boğulmaya səbəb ola bilər.
European Chemicals Agency bildirir ki, slaymların tərkibində olan boraks hamilə qadınlar üçün çox təhlükəlidir, dölə mənfi təsir edir, azçəkili uşaqların doğulmasına səbəb ola bilir.