Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayında anti-rekord: Daha 229 nəfər öldü

İranda koronavirusdan ölənlərin sayında anti-rekord: Daha 229 nəfər öldü

Tarix: 21 Iyul 2020 14:08

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 229 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 14 634 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 625 nəfər koornavirusa yoluxub. Beləliklə virusa yoluxanların sayı 278 827 nəfərə çatıb. Virus daşıyıcılarından 3 589 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 242 351 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətlərinin qırmızı zonalar olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,2 milyondan çox test həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayında anti rekord Daha nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ