Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Döyüşlərdə könüllü iştirak üçün müraciət edənlərin sayı 50 mini keçib

Döyüşlərdə könüllü iştirak üçün müraciət edənlərin sayı 50 mini keçib

Tarix: 21 Iyul 2020 16:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya Dövlət Xidmətindən bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.


Etiketlər:  Döyüşlərdə könüllü iştirak üçün müraciət edənlərin sayı mini keçib


RƏYLƏR