Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könüllü olaraq döyüşlərdə iştirak etmək 50 500-ə yaxın vətəndaş qeydiyyata alınıb

Könüllü olaraq döyüşlərdə iştirak etmək 50 500-ə yaxın vətəndaş qeydiyyata alınıb

Tarix: 21 Iyul 2020 16:36

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.

Xidmətdən Trend-ə bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.


Etiketlər:  Könüllü olaraq döyüşlərdə iştirak etmək yaxın vətəndaş qeydiyyata alınıb


RƏYLƏR