Tarix: 21 Iyul 2020 18:24
İspaniyanın "Alaves" klubu baş məşqçisi Xuan Munislə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssisin La Liqa təmsilçisindəki işi çox çəkməyib. Bu ayın 6-da komandaya baş məşqçi təyin edilən Munis "Alavesi"i 4 La Liqa oyununa çıxarıb. Komanda "Barselona" və "Real"a uduzsa da, digər iki oyunda 4 xal toplayıb və La Liqada qalmağı bacarıb.
Lakin klub rəhbərliyi ispan məşqçi ilə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, "Alaves" mövsümü 39 xalla 16-cı pillədə başa vurub.