Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 07:36
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Evoğlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Sonxeber.net-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib və birlikdə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 122 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.