Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qaydalara uymasaq, yoluxmada yeni pik həddi görə bilərik''

''Qaydalara uymasaq, yoluxmada yeni pik həddi görə bilərik''

Tarix: 23 Iyul 2020 13:09

Artıq bir həftədir ölkəmizdə koronavirusa yoluxanların sayının xeyli aşağı düşməsində sərtləşdirilmiş xüsusi karantin rejiminin böyük rolu var.

Bunu Sonxeber.net-a açıqlamasında bu sözləri Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

O bildirib ki, aktiv xəstə sayı xeyli düşərsə, sərtləşdirilmiş xüsusi karantini yumşaltmaq məcburiyyətində qalacaqlar:

"Bu rəqəmlərin aşağı düşməsində vətəndaş məsuliyyəti də rol oynayır. Amma hələ də məsuliyyətsiz vətəndaşlarımız kifayət qədərdir. Bu gedişlə sərt karantin rejimini yumşaldacaqlarını istisna etmirəm. Bu, bizim istəyimizlə deyil ki. Rəqəmlərə baxacaqlar, əgər yoluxma statistikası ona icazə verərsə, aktiv xəstə sayı xeyli düşərsə, karantini yumşaltmaq məcburiyyətində qalacaqlar. Yoluxma sayı bu rəqəmlərdə qalarsa, belə yumşaldılma da özünü çox gözlətməz düşünürəm.

Bu, o demək deyil ki, bizdə COVİD 19-a yoluxmanın pik həddi sona çatıb

Düzdür, yoluxma sayı bizdə əvvəlki rəqəmlərlə müqayisədə xeyli aşağı düşüb. Belə görünür ki, bəli, bu zirvəni keçdik, amma bu, o demək deyil ki, bizdə COVİD 19-a yoluxmanın pik həddi sona çatıb. Bir az məsuliyyətsizlik etsək, qaydalara uymasaq, yoluxmada yeni bir zirvə görə bilərik. Bizdə yoluxmanın pik rəqəmi 590 idi, amma müəyyən qədər məsuliyyətsizlik etsək, 600-ün üzərini də görə bilərik. Ona görə də bundan rahatlığa qapılıb arxayınlaşmaq olmaz. Bildiyiniz kimi, payız ayları infeksiyaların mövsümü hesab edilir. Həmin dönəmdə koronavirusa yoluxma ehtimalı kifayət qədər yuxarıdır. Çünki insanların immunitetləri aşağı düşəcək, hava dəyişəcək. Bütün bu amillər də yoluxmanın artmasına zəmin ola bilər".

Təhməz Təkin


Etiketlər:  Qaydalara uymasaq yoluxmada yeni həddi görə bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ