Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 17:27
Bakı. Trend:
2020-ci ilin 22 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
MDU-dan Trend-ə bildirilib ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.
Qeyd edək ki, MDU-da davamlı olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilib. Paralel olaraq, MDU kollektivi və tələbələri arasında COVID-19 infeksiyası ilə mübarizəyə dair maarifləndirmə işləri də davam etdirilir.