Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 22:39
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 23-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 829 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 658 782 test aparılıb. Aktiv xəstə sayı 7 615 nəfərdir, onlardan 330 nəfər reanimasiyadadır, 66 nəfər isə süni tənəffüs aparatına qoşulub.