Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkələrin yaratdığı 5G qorxusu - PSİXOLOQ RƏYİ

Sosial şəbəkələrin yaratdığı 5G qorxusu - PSİXOLOQ RƏYİ

Tarix: 23 Iyul 2020 23:12

Yeni texnoloji eradan nə qədər qorxsaq da, o, çox yaxında gələcək, bəlkə də artıq gəlib... İnformasiya-kommunikasiya texnologiyaları bu gün yaşadığımız həyatın ayrılmaz hissəsi olduğuna görə,  bütün sahələrində istifadə olunur. Texnoloji həllər, layihələr, qurğular və ümumiyyətlə, texnologiya özü bu ilin trendində olduğunu desək, yanılmarıq.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirusla yanaşı, bu il ən çox danışılan yeni eranın innovativ tələbinin - 5G-nin dünya ölkələrində tətbiq olunmasıdır. Əvvəlcə texnoloji möcüzə kimi görünən, daha sonra isə virusla əlaqələndirilən və sui-qəsd teoriyasının əsasını qoyan bu texnologiya, vətəndaşların təlaşına görə, bəzi ölkələrdə qadağan olunub. "İnsanları idarə edəcək texnologiya", "Radiasiya mənbəyi", "Virus ötürücüsü", qısaca, min bir dərdin dərmanı deyil, mənbəsi adı qoyulan 5G mənfi tərəfə yönələn məşhurluğu ilə seçilir. Bir neçə vaxtdır ki, Azərbaycan vətəndaşlarının bu texnologiyanın ölkəmizdə tətbiq olunacağına görə, narahatlıq yaşayır.

"Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Biz bunu desək, yanılmarıq. Hər birimiz bilirik ki, informasiya insanın şüuruna necə təsir göstərir, ümumiyyətlə, informasiya şüurun qidası hesab olunur. Gün ərzində insanlar çoxlu həcmdə lazımsız, hətta zərəri informasiyaları qəbul edirlər. Yalan, yoxlanılmamış məlumatlar sosial şəbəkə istifadəçilərinə həm psixi, həm də fiziki ziyan vura bilər".

Bunu psixoloq Aygün Ağabalayeva deyib.

A.Ağabalayeva bildirib ki, sosial şəbəkədəki şayiələr psixoloji dayanıqlığı zəif olan insanlar üçün çox təhlükəlidir: "Şayiə tipli neqativ informasiya isə şəbəkədə həddən artıq tez yayılır. Belə məlumatlar insanların təlaşına səbəb olur. 5G ilə bağlı yayılan məlumatlar və digər "şoka salıcı" materiallar insanlara manipulativ təsir edir. Hazırda bütün aktiv şəbəkə platformalarında informasiya bolluğu müşahidə olunur, onların içində faydalı, eləcə də faydasız məlumatlar mövcuddur. Mənfi xəbərlərə gəldikdə isə, insanların psixikası fərqli olduğu kimi, həmin məlumatlara yanaşması da fərqlidir. Elə insanlar var ki, qulaq asdıqları WhatsApp səsyazmaları belə onlara elə mənfi təsir edir ki, insanlar həyəcan, təşviş içində olurlar".

Psixoloq övladı olan istifadəçilərə daha diqqətli olmağa çağırıb: "Bir məqamı da vurğulamaq istəyirəm ki, bir çox hallarda valideynlər narahatlıq yarada bilən məlumatları övladlarının yaş qrupunu nəzərə almadan onların yanında dinləyirlər. Nəticədə, valideyndə olan həyəcan və təşviş istər-istəməz uşaqda da büruzə verir. Bunlar hamısı nəzərə alınmalıdır. Çox yaxşı olar ki, insanlarımız hansısa xəbərə inanmadan öncə maariflənsinlər. Hər mövzuda rəsmi məlumatlara əsaslanmaq vacibdir".

Milli.Az


Etiketlər:  Sosial şəbəkələrin yaratdığı qorxusu PSİXOLOQ RƏYİ


RƏYLƏR