Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 15:08
"Beşiktaş"ın yarımmüdafiəçisi Kevin-Prins Boatenq İstanbul təmsilçisindən ayrılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən gün "qara qartallar"ın düşərgəsində son məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, "Beşiktaş" Boatenqi qışda İtaliyanın "Fiorentina" klubundan 6 aylıq icarəyə götürmüşdü. 33 yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.