Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın kütləvi yenilənmə planı

''Barselona''nın kütləvi yenilənmə planı

Tarix: 24 Iyul 2020 17:56

“Barselona” heyətində böyük dəyişikliyə hazırlaşır.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu 12 futbolçusunu satmaq niyyətindədir.

Hazırda komandada çıxış edənlərdən Neto, Nelson Semedu, Samuel Umtiti, Junior Firlo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Breytveytinin göndəriləcəyi nəzərdə tutulub.
Həmçinin icarədə qayıdan Karles Alenya, Rafinya, Jan-Klera Todibo və Filippe Koutinyonun göndəriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, “Barselona” başa çatan mövsümü çempion “Real”dan 5 xal geri qalaraq, 2-ci pillədə başa vurub.
 


Etiketlər:  Barselonanın kütləvi yenilənmə planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ