Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 21:12
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 24-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9 037 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 667 819 test aparılıb. Aktiv xəstə sayı 7 365 nəfərdir, onlardan 335 nəfər reanimasiyadadır, 69 nəfər isə süni tənəffüs aparatına qoşulub.