Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələrinin saçı niyə tökülür?

Koronavirus xəstələrinin saçı niyə tökülür?

Tarix: 24 Iyul 2020 22:12

Xəbər verdiyimiz kimi, koronavirus xəstələrinin saç tökülməsi problemindən şikayətləri artmaqdadır.

Sonxeber.net xəbər verir ki, rusiyalı terapevt Yelena Karyakina "Zvezda" telekanalına verdiyi müsahibədə koronavirus xəstələrinin saç tökülməsinin səbəblərini izah edib. O qeyd edib ki, COVID-19 insanın görünüşünə heç bir şəkildə təsir etmir.

Karyakinanın sözlərinə görə, keçəlləşmə yalnız xəstələr infeksiyadan əvvəl digər xəstəliklərdən əziyyət çəkdikdə mümkündür.

"Koronavirusun fonunda xroniki xəstəliklər pisləşə bilər və müəyyən dərəcədə xəstənin sağlamlığının ağırlaşmasına, o cümlədən bəzi xarici dəyişikliklərə səbəb ola bilər", - həkim əlavə edib. (publika.az)


Etiketlər:  Koronavirus xəstələrinin saçı niyə tökülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ