Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 22:32
Bakı. Trend:
Bağdadın cənubunda yerləşən hərbi baza raket hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin silahlı strukturları xəbər verib.
Məlumata görə, Bismaya bazasının ərazisində dörd reaktiv mərmi partlayıb. Hücum nəticəsində ölən olmaylb, lakin ciddi maddi ziyan vurulub.
Koalisiya güclərinin general-mayoru Kennet Erkmanın sözlərinə görə, iyulun 25-də Bismaya bazasına nəzarət İraqın silahlı qüvvələrinə verilməli idi. Daha əvvəl bu bazada ispan hərbçiləri iraqlı ıskırlırin hazırlıqlarını həyata keçirirdilər.
Bildirilir ki, son aylarda xarici hərbçilərin yerləşdikləri İraq bazaları və ABŞ-ın Bağdaddaklı səfirliyi daha intensiv raket hücumlarına məruz qalırlar.