Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 08:04
Boeing amerikan aerokosmik şirkəti geniş gövdəli Boeing 777X təyyarələrinin təchizatını bir neçə aydan ilə qədər təxirə sala bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, təxirə salınma hava səyahətlərini kəskin şəkildə azaldan koronavirus pandemiyası səbəbindən təyyarələrə tələbatın azalması ilə əlaqədardır. Boeing şirkəti dəqiq qərarını növbəti rüb üçün maliyyə hesabatı ilə birlikdə gələn həftə rəsmi olaraq elan etməyi planlaşdırır.
Korporasiya 777X-nin iki mühərriklə təchiz olunan yanacaq nöqteyi nəzərdən ən sərfəli ən iri gövdəli təyarə olduğunu bildirir - bu təyyarənin bir modelinin uzunluğu 77 metr olacaq və təyyarə 426 sərnişini daşımaq üçün hazırlanıb.