Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir

Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir

Tarix: 20 Iyun 2019 16:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk Qrupu münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan insanları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar.

Azərbaycanın çoxlu sayda qaçqınları olan ölkələrdən biri olduğunu nəzərə çatdıran Ə.Əhmədov deyib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycanda münaqişənin tənzimlənməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün çox təsirli addımları bugünə qədər görə bilməyiblər:

"2018-ci ilin sonuna olan məlumata görə, dünyada 70 milyondan çox qaçqın və məcburi köçkünlər yaşayır. Bu da dünya əhalisinin 1 faizini təşkil Azərbaycanda isə 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizini təşkil edir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş nazirin müavini Azərbaycan qaçqınlarının sayına görə yəqin gərgin ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ