Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır - AzTV-də TƏHLİL

Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır - AzTV-də TƏHLİL

Tarix: 25 Iyul 2020 22:39

Bakı. Trend:

Ermənistan Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun adekvat cavabı ilə ağır zərbə aldı, məğlubiyyətlə üzləşdi. İşğalçı ölkə acı məğlubiyyəti sinirə bilməyərək təxribatı bu dəfə sərhəddən kənara, xarici ölkələrə daşıdı.

Belə ki, işğalçı ölkə rəhbərliyinin göstərişi ilə xaricdəki radikal ermənilər Azərbaycanın səfirliklərinə hücumlar təşkil edir, Azərbaycan Ordusuna və dövlətimizə dəstək məqsədilə dinc aksiyalar keçirən həmvətənlərimizə hücumlar gerçəkləşdirirlər. Ermənilərin bu vandalizm hərəkətləri, barbarlıqlarının məqsədi məlumdur. Onlar terrorçu davranışları ilə növbəti təxribatları törədərək sərhədin Tovuz istiqamətindəki məğlubiyyətlərini diqqətdən yayındırmağa cəhd göstərirlər.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin növbəti buraxılışında radikal ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm və terror məsələləri təhlil olunub. Verilişin qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva və siyasi şərhçi Fuad Hümbətov baş verən hadisələrlə bağlı öz fikirlərini bildiriblər. Qeyd edilib ki, ermənilərin terror fəaliyyəti birinci dəfə deyil. Tarixən terrorçuluq siyasəti ilə nəyəsə nail olmaq istəyən düşmənin planları hər zaman iflasa uğrayıb. Ekspertlər vurğulayıblar ki, beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır.

“Hədəf”ə video bağlantı vasitəsi ilə qoşulan Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva hazırda Avropada ermənilərin törətdikləri təxribat və azərbaycanlıların bu provakasiyalara qarşı atmalı olduğu addımlar haqqında danışıb. M.Ağamirzəyeva hazırkı vəziyyət haqqında da məlumatları çatdırıb. Proqrama telefonla bağlanan İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov erməni terror ilə bağlı İsveçrədəki ümumi şərait barədə məlumat verib.

“Hədəf” proqramının bugünkü buraxılışına “YouTube” kanalımızdan baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=qlu5oIdzodw

https://www.instagram.com/aztvresmi/?hl=ru

http://www.aztv.az/az/

https://www.facebook.com/aztvresmi

https://twitter.com/aztvresmi

https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az


Etiketlər:  Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır AzTV TƏHLİL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ