Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Strange Adventures in İnfinite Space oyunu pulsuz oldu

Strange Adventures in İnfinite Space oyunu pulsuz oldu

Tarix: 26 Iyul 2020 16:08

İtch yeni pulsuz oyun kampaniyasına start verdi. 18 il əvvəl yayımlanan "Strange Adventures in İnfinite Space" adlı maraqlı bir oyun nümayiş etdirən bu kampaniya oyunçulara fərqli bir təcrübə qazandıracaq. Bundan əlavə, bu oyun sistem tələbləri baxımından kompüterinizi yormayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən oyun tək oynaya biləcəyiniz bir oyundur. Developer qrupu bu yaxınlarda illər əvvəl yayımladığı bu oyunu yeniləyib və oyunun bəzi məlum problemlərini həll edib. Itch platforması da bunu nəzərə alaraq izləyicilərinə bir jest edib.

Hər dəfə özünüzü fərqli bir macəranın içində tapacağınız bu oyunda ulduzlararası bölgələrdə qalmaq üçün çalışacaqsınız. 21-dən çox kosmik gəminin olduğu və 69-dan çox silah istifadə edə biləcəyiniz oyunda yad planetlilərlə mübarizə aparmağa və yaşamağa çalışacaqsınız.

Oyunu pulsuz oynamaq üçün əvvəlcə bu linkə daxil olun və kompaniya səhifəsinə daxil olun. 

"Download now" düyməsini vurun. Bir menyu açılacaq. 

Bu menyu oyuna PayPal vasitəsilə hədiyyə etməyə imkan verir. Bağışlamaq istəmirsinizsə, növbəti addıma keçin.

"No thanks, just take me to the downloads" düyməsini sıxın. Yeni bir səhifəyə yönləndiriləcəksiniz.

İstədiyiniz səhifədə əməliyyat sisteminiz üçün uyğun olanı tapın və yükləyin. Yükləndikdən sonra oyunu quraşdırın.

Milli.Az


Etiketlər:  Strange Adventures in İnfinite Space oyunu pulsuz oldu


RƏYLƏR