Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Şimali Koreya tərəfindən haker hücumuna məruz qalıb

Rusiya Şimali Koreya tərəfindən haker hücumuna məruz qalıb

Tarix: 26 Iyul 2020 23:28

Kaspersky Laboratoriyasının mütəxəssisləri Rusiyada Şimali Koreyadan olan məşhur Lazarus adlı haker qrupunun yeni hədəf hücumlarını qeydə alıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, Şimali Koreya hakerləri 2018-ci ilin yazında fəaliyyətə başlamış və modernləşdirilmiş MATA çərçivəsini (proqram sisteminin quruluşunu təyin edən platforma) istifadə ediblər.

Bu platforma hansı əməliyyat sistemində işlədiyindən asılı olmayaraq cihazı "hack" edir.

"Hack" edilmiş sistem Windows, Linux və ya macOS ola bilər.

Şirkətdən bildirilib ki, iyul ayında Rusiyada Lazarus hücumları aşkar edilib. Kiberhücum zamanı MATA ilə bir sıra aspektlərdə kəsişmələri olan Manuscrypt backdoor istifadə edilib.

Milli.Az


Etiketlər:  Rusiya Şimali Koreya tərəfindən haker hücumuna məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ