Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən yaşlı bombardir

Ən yaşlı bombardir

Tarix: 27 Iyul 2020 12:52

Ötən gün 2019-2020 mövsümünə yekun vurulan İngiltərə Premyer Liqasının bombardiri Ceymi Vardi rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, “Lester”in hücumçusu Premyer Liqa tarixinin ən yaşlı bombardiri olub. 33 yaşlı ingilis forvard mövsüm ərzində 35 oyuna 23 qol vurub.

Əvvəlki rekord Didye Droqbaya aid idi. O, “Çelsi”nin heyətində 2009/10-cu il mövsümündə 29 qol vuraraq, 32 yaşında bombardir olmuşdu.

 


Etiketlər:  yaşlı bombardir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ