Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin günlərində Qusara istirahətə gedən 16 nəfər cərimələndi

Karantin günlərində Qusara istirahətə gedən 16 nəfər cərimələndi

Tarix: 27 Iyul 2020 20:03

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Qusar rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən karantin qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.


Etiketlər:  Karantin günlərində Qusara istirahətə gedən nəfər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ