Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq

Tarix: 27 Iyul 2020 20:46

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda deyilir.

Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.


Etiketlər:  Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ