Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

Tarix: 28 Iyul 2020 09:12

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14,35 faiz artaraq 85,25 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin iyununda Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 116,35 faiz artıb və 19,18 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz azalaraq 4,711 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,3 faizini təşkil edib.

Son 12 ay ərzində (iyun 2019 – iyun 2020) Türkiyə 10,576 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.


Etiketlər:  Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb


RƏYLƏR