Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

De Bruynedən rekord göstərici

De Bruynedən rekord göstərici

Tarix: 28 Iyul 2020 11:56

İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində "Mançester Siti" "Norwich"i böyük hesabla məğlub edib - 5:0.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in futbolçusu Kevin de Bruyne həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. Komandasının ikinci qolunu vuran de Bruyne üçüncü qolun məhsuldar ötürməsinin müəllifi olub.

Bununla da, o, cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını 20-yə çatdırıb. Bu göstərici ilə belçikalı futbolçu "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anrinin rekordunu təkrarlayıb. Anri 2002/03-cü il mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.


Etiketlər:  Bruynedən rekord göstərici


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ