Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında (FOTO)

Tarix: 21 Iyun 2019 02:55

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman istedadlı gənclərə dəstək olmağı özünün başlıca prinsipi sayıb.

Teatrdan Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Ümid Abbasın kollektivimizdə ərsəyə gətirdiyi tamaşa buna bariz sübutdur.

Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi Ümid Abbas diplom işini Sumqayıt Dövlət Dram Teatrının aktyorları ilə hazırlayıb.

Gənc rejissor dünya ədəbiyyatının nəhənglərindən olan Sartra müraciət edib. "Dəfn edilməmiş ölülər" psixoloji dramdır.

Rolları əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Aynur Hümmətova canlandırırlar. Diplomant rejissor dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini, müharibələrin daim faciə, səfalət və insanlara bəlalar gətirməsi ilə sona yetməsini öz dəsti-xəttilə həll edir. Tamaşa 18 iyun saat 18:00-da oynanıldı.

Xalq artisti Cənnət Səlimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və İncəsənət İnstitutunun professoru, Dövlət İmtahan Komissiyasının sədri Aleksandr Barmak, Sumqayıt Dövlət Dram Teatrının direktoru, Dövlət İmtahan Komissiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Sahib Novruzov, gənc rejissorun sənət müəllimi, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər komissiya üzvləri tamaşa ilə bağlı fikirlərini və tövsiyələrini bildirərək uğurlu tamaşa ilə əlaqədar quruluşçu rejissoru və Sumqayıt Dövlət Dram Teatrının aktyorlarını təbrik etdilər.


Etiketlər:  Dəfn edilməmiş ölülər Sumqayıt Dövlət Dram Teatrında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ