Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 19:14
"Bavariya" "Norviç"in müdafiəçisi Maks Aaronsla maraqlanır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Münhen klubunun 20 yaşlı müdafiəçi üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilir. İngilis oyunçu ilə "Bayer"in də maraqlandığı vurğulanıb.
Qeyd edək ki, M.Aarons "Norviç"də bu mövsüm 40 matçda 2 qol ötürməsi verib.
Xatırladaq ki, "Norviç" Premyer Liqanı 20 xalla 21-ci pillədə başa vurub və elitanı tərk edib.