Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO)

Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO)

Tarix: 29 Iyul 2020 11:48

Bakı. Trend:

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik.

Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO) - Gallery Image Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO) - Gallery Image Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO) - Gallery Image Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur (FFOTO) - Gallery Image


Etiketlər:  kəsişmələrində sarı kəsişmə toru yenidən tətbiq olunur FFOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ