Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mil-Muğan kanalında sululuğun artırılması üçün İmişlidəki göldən istifadə olunur

Mil-Muğan kanalında sululuğun artırılması üçün İmişlidəki göldən istifadə olunur

Tarix: 29 Iyul 2020 14:38

Bakı. Asif Mehman - Trend:

Tədbirlər planına uyğun olaraq su qıtlığının qarşısının alınması üçün işlərə başlanılıb.

Trend-in məlumatına görə, su qıtlığının qarşısının alınması üçün görülən işlər çərçivəsində İmişli rayonunda yerləşən Xudyarlı gölündən də istifadə olunacaq. Artıq göldən suyun istifadəsi üçün işlər başlanılıb. Göldə 70 milyon kubmetrdən çox şirin su ehtiyatının olduğu hesablanıb. Üzən nasoslar vasitəsilə burdan götürülən su Mil-Muğan kanalına yönəldiləcək.

Mil-Muğan su kanalında sululuğun artırılması əsasən Sabirabad, Saatlı rayonlarında əhalinin suya olan tələbatının qarşılanmasına kömək edəcək. Artıq Xudyarlı gölü üzərində birinci nasos stansiyasının quraşdırılmasına başlanılıb və işlər davam etdirilir.

Məlumata görə, İmişli rayonunda bu tipli 4 göl daha var. O göllərdə olan şirin su ehtiyyatlarından da istifadə olunacaq.


Etiketlər:  Muğan kanalında sululuğun artırılması üçün İmişlidəki göldən istifadə olunur


RƏYLƏR