Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 14:40
Azərbaycanda 293 789 nəfər Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu ilin yanvarın əvvəlinə olan göstəricilərə əsasən, onların 37 925 nəfərinə bu təqaüd Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərdiyi üçün təyin edilib.
Ölkədə 267 nəfər "Xalq" fəxri adı, 2993 nəfərinə "Əməkdar" fəxri adına görə dövlət tərəfindən təqaüd alır.
Azərbaycanda "Xalq" fəxri adına görə orta aylıq məbləği 150 manat olan, "Əməkdar" fəxri adına görə 100 manat məbləğində təqaüd verilir.
Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü 416 nəfərə verilir. Bu təqaüdün orta aylıq məbləği 1450 manatdır.
Azərbaycanda 21582 nəfər müharibə əlili orta aylıq məbləği 228,52 manat olmaqla təqaüd alır.
Ölkədə 176 nəfər Böyük Vətən müharibəsi əlilinə orta aylıq məbləği 235,68 manat və Cernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olmuş 2833 nəfər şəxsə orta aylıq məbləği 230,14 manat olmaqla təqaüd verilir.