Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filippində yüksək patogenli quş qripi infeksiyası aşkarlanıb

Filippində yüksək patogenli quş qripi infeksiyası aşkarlanıb

Tarix: 29 Iyul 2020 18:24

Bakı. Trend:

Filippində fermaların birində yüksək patogenli quş qripi infeksiyası aşkar edilib.

Trend-in məlumatına görə, virus ölkənin şimalındakı Pampanqa əyalətində toyuq fermasında yayılıb.

Xəstəliklə əlaqədar 40 minə yaxın quş məhv edilib.

Quş qripinin müxtəlif növləri insana keçsə də, Filippində insanların yoluxma faktı qeydə alınmayıb.

Ferma sahiblərinə oradakı quşların vəhşi quşlarla təmaslarını mümkün qədər azaltmaq tövsiyə edilib.


Etiketlər:  Filippində yüksək patogenli quş qripi infeksiyası aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ