Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 07:04
512 MB əməli yaddaşa malik rabitə qurğuları "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Google" şirkəti smartfonlar üçün yeni texniki tələblərini açıqlayıb: "Android" sisteminin 11-ci versiyasının idarəetməsi altında işləyən və 512 MB əməli yaddaşa malik qurğular "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq. Siyahıda proqramlar mağazası, "YouTube", xəritə və digər xidmətlər yer alıb.
Sənəddə, həmçinin deyilir ki, 2 QB və daha az əməli yaddaşa malik smartfonlar "Android"in tam versiyası ilə deyil, daha yüngül "Android Go" versiyasının idarəetməsi altında işləyəcək.