Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares 2021-ci ildə "İnter Mayami"yə keçə bilər

Suares 2021-ci ildə

Tarix: 30 Iyul 2020 10:18

"Barselona"nın uruqvaylı hücumçusu Luis Suares 2021-ci ildə Devid Bekxemin "İnter Mayami"sinə transfer edilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri xəbər verir.

"Barselona"nın rəhbərliyi futbolçu ilə müqaviləni hələ uzadmayıb. Razılaşmanın müddəti 2021-ci ilin yayında başa çatacaq. 32 yaşlı oyunçu növbəti mövsümdəki matçların 60 faizində iştirak edəcəyi təqdirdə müqavilənin avtomatik yenilənməsini gözləyir. "İnter Mayami" müqavilənin uzadılmayacağı halda hücumçunu pulsuz götürmək niyyətindədir.

L.Suares "Barselona"da 2014-cü ildən oynayır. Futbolçu bu müddətdə İspaniyanın dördqat çempionu, İspaniya Kubokunun dördqat və Superkubokunun ikiqat sahibi, Liqa çempionatının qalibi olub. O, həmçinin Uruqvayın "National", Niderlandın "Qroningen", "Ayaks" və İngiltərənin "Liverpul" komandalarında oynayıb. Uruqvay millisində L.Suares 111 matç keçirib, 58 qol vurub.

Milli.Az


Etiketlər:  Suares 2021 ci ildə İnter Mayamiyə keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ