Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 10:48
Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Hernandes koronavirusdan sağalıb.
Qol.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özünün "İnstaqram" hesabında paylaşım edib. O, artıq sağaldığını və evinə qayıtdığını bildirib:
"Son günlərdə yazılan mesajlara və dəstəyə görə hər kəsə təşəkkür edirəm. Artıq sağaldığımı və evə qayıtdığımı sizinlə bölüşə bilərəm".
Qeyd edək ki, Xavi Hernandes 2019-cu ildən "Əl-Sədd"i çalışdırır. Onun adı "Barselona" ilə hallanır.