Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktrisaya ağır İTKİ - FOTO

Azərbaycanlı aktrisaya ağır İTKİ - FOTO

Tarix: 7 Oktyabr 2025 19:35

Aktrisa Nigar Bahadırqızına ağır itki üz verib.

Sonxeber.net xəbər verir ki, sənətçi qardaşını itirib. O bu haqda Moderator.az-a danışıb:

"Canımın yarısı getdi, qardaşım Vüqarı itirdim. Vüqar 1984-cü ildə doğulub, 3 qız övladı var. Dünən axşam 17:00-da ürək çatışmazlığından vəfat edib. Ən böyük qardaşım idi, 41 yaşı var idi. Çox ağır itkidir. Bu gün artıq vətənə gəlirəm (kövrəlir)" deyə sənətçi bildirib.   
 
Qeyd edək ki, Nigar Bahadırqızı illərdir Türkiyədə yaşayır və orada fəaliyyət göstərir. Akrisa uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışıb.
 
Allah rəhmət etsin!


Etiketlər:  Azərbaycanlı aktrisaya ağır İTKİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ