Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 17:44
Bakı. Trend:
Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, diaspor könüllüsü Ruslan Vəliyev bildirib ki, bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanıb. "Karabakh is Azerbaijan" YouTube kanalında yayımlanan süjetdə Alper, Əkrəm və Vədat (Türkiyə), Klaudia, Draqos (CAD), Şoib (Hindistan), Aloa (Qazaxıstan), Mariya Sofiya, Nikola, Ivana (Makedoniya), Dominik (Hollandiya), Şəms (Banqladeş), Şəhrizoda (Özbəkistan), Usama (Pakistan) adlı gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.
Onlar şüarları səsləndirməklə kifayətlənməyiblər, həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Ermənistanın Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ona bitişik ərazləri işğal etdiyinə, erməni silahlı qüvvələrinin iyulda törətdiyi hərbi təxribatlar zamanı Azərbaycanın sərhədyanı kəndlərinin artilleriya zərbələri ilə dağıdıldığına diqqət cəlb edilib. Həlak olan şəhidlərimizə görə ölkəmizə başsağlığı verən gənclər Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar.