Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bugatti ən ucuz model olan Baby Bugatti II-nin istehsalına başlayır

Bugatti ən ucuz model olan Baby Bugatti II-nin istehsalına başlayır

Tarix: 30 Iyul 2020 20:52

Bugatti keçən il Beynəlxalq Cenevrə sərgisində təqdim etdiyi ən ucuz model Baby Bugatti II-nin istehsalına başladı. Şirkət 500 ədədlə məhdudlaşacaq bir neçə avtomobili əldə etməyin mümkün olduğunu bildirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, avtomobil istehsalçısı ötən il verdiyi açıqlamada istehsalı cəmi 500 maşın ilə məhdudlaşan avtomobilin cəmi üç həftə içində tükəndiyini söyləyərək, bəzi müştərilərin koronavirus epidemiyası səbəbindən avtomobili almağı dayandırdıqlarını və buna görə də az sayda nəqliyyat vasitəsinin hələ də əlçatan olduğunu söylədi.

1,4 kVt/s-lıq batareya və kompozit bir gövdəyə sahib olan Baby Bugatti II ümumilikdə üç fərqli versiyaya sahibdir. Bunların arasında ən yaxşısı olan Vitesse modeli bir karbon lif gövdə, 2,8 kVt/s-lıq batareya paketi və daha yüksək performans təmin edən gücləndirici ilə təchiz edilib. Versiyalar arasında ən üst mövqe tutaraq kolleksiya həvəskarlarını hədəf alan Pur Sang modeli var. Vitesse ilə eyni gücə sahib olan bu model fərqli bir formalı alüminium gövdəyə sahibdir.

Sürət açarı sayəsində maksimum saatda 70 kilometrə çata biləcək zirvəli modellər sürücünün ağırlığından asılı olaraq altı saniyə ərzində qısa müddət ərzində 0 dan 60 kilometr sürətə çata bilər. 33 min dollardan başlayan qiymətlərlə satışa təqdim edilən giriş modelinin "diqqətli istifadə" ilə 25 kilometr yürüş məsafəsinə sahib olduğu da bildirilir.


Etiketlər:  Bugatti ucuz model olan Baby Bugatti istehsalına başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ