Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 06:32
Bakı. Trend:
İran yanvar ayında səhvən vurulan "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin sərnişin təyyarəsinə görə Ukraynaya təzminat ödəməyə razıdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
A.Musəvi bildirib: "İran təzminat ödəməyə hazırdır, lakin bu, uzun müddət çəkəcək. Bu təyyarədəki sərnişinlərin çoxu soydaşlarımız olsa da, orada Ukrayna vətəndaşları da var idi".
Xatırladaq ki, yanvarın 8-i "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus Boeing 737 sərnişin təyyarəsi Tehranın hava limanından hava qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Qəzadan bir müddət sonra İran tərəfi təyyarənin səhvən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.