Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 21:18
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 789 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 724 953 test aparılıb. Aktiv xəstə sayı 5 548 nəfərdir, onlardan 266 nəfər reanimasiyadadır, 68 nəfər isə süni tənəffüs aparatına qoşulub.