Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyəri piylənmədən xilas etmək üçün həftəyə bunu etməlisiz

Qaraciyəri piylənmədən xilas etmək üçün həftəyə bunu etməlisiz

Tarix: 2 Avqust 2020 17:51

38 yaşlı proqramçı Serger Mirozderov oturaq işi və zərərli vərdişləri səbəbindən 30 yaşından sonra ciddi çəki artımı və piylənmə ilə üz-üzə qalaraq qamətli, arıq kişidən 120 kq çəkidə və qaraciyərində problem yaranan xəstəyə çevrilmişdi. 8 il ərzində çəkisi 45 kq artan kişi tərəzi nədir bilməzdi, istəsə arıqlayacağını düşünürdü.

34 yaşından yüksək təzyiqdən əziyyət çəkirdi, əl-ayaqlarında şişkinlik olurdu, bütün həzm sistemi çökmüşdü və qaraciyərdə ciddi piylənmə aşkarlanmışdı.
Pəhrizlərlə güclə itirilən 10-12 kq çəki sonradan yenidən sürətlə qayıdır və pasiyenti ruhdan salırdır.

Nəhayət, öd kisəsində çox miqdarda iri daşlar kəskin ağrı verdikdə onu təcili olaraq xəstəxanaya çatdırıb, əməliyyatla ödünü götürürlər.

Öd əməliyyatından sonra məcburi həkim müayinəsi və analizlərinə hər 3 aydan bir gedən kişi öz orqanizmi, səhhəti ilə bağlı daha dərindən maraqlanır, tibbə bir az da yaxınlaşır və qaraciyərini bərpa etmək qərarına gəlir. Sonuncu USM müayinəsində həkim "sənin qaraciyərin bir gün çökəcək" sözündən sonra Sergey qarşısına məqsəd qoyur.

"Həmin dövrdə 115 kq idim, fiziki və mənəvi olaraq çökmüşdüm. Tez yorulurdum, qaraciyər nahiyəmdə ağırlıq və sancı var idi, iştahım yox idi, halsız idim. Məsələ məlum idi: bədənimi energetik mübadilə ilə təmin edən orqan işləmirdi. Qaraciyər xəstəlikləri elə sakit keçirir ki, məsələn siz heç ondan şübhələnməzsiz, amma məndə sağ hissədə gərginlik, ağrı, qarında köp, ürəkbulanma var idi. Mən nədən başlayacağımı bilmirdim. Həkimim isə arıqlamalısan deyirdi. Amma bu yoldan keçmişdim,arıqlamaq alınmır. O zaman mən yoldaşımla birgə öz orqanizmimə uyğun optimal qidalanma rejimi və menyusu hazırladım. Mən və yoldaşım 5 həftəyə bu metodla 9-10 kq arıqladıq".

Milli.Az medicina.az-a istinadən həmin pasiyentin metodunu təqdim edir.

Ən əsası siz həftəyə 400-500 qram atmağı qarşıya məqsəd qoyub, buna nail olmalısız. Bu müddətdə idman, gündə 2-3 saat yavaş tempdə gəzməklə məşğul oldum, eləcə də həkimin təyini ilə 3 aylıq hepatoprotektor adlı preparatı (kapsul şəklində) qəbul etdim. Duzu demək olar azaltdım, duzlu qidaları qəbul etmədim, alkoqoldan imtina etdim, günə 2 litr təmiz su içdim, gecə tez yatdım. 3 ay ərzində mənim çəkim 17 kq azaldı, fiziki və mənəvi olaraq xeyli yaxşılaşdım, UZİ müayinəsi isə 2020-ci ilin fevral ayında sağlam, piylənmədən xilas olan qaraciyər göstərdi, piy hepatozu itmişdi.

Həmin rejimə davam edirəm və həftədə 400 qr arıqlayıram.

Qaraciyərinizi vaxtında xilas edin, bu orqan üçün sehrli tabletlər yoxdur. Sİz arıqlamalısız ki, qaraciyər normal işləyib, sizi enerji ilə təmin etsin. Heç bir iynə-dərmanla qaraciyər müalicə olmur: ancaq yemək, pəhriz, su, hərəkət və dəstək. Həftəyə 500 qram arıqlamağı bacarsaz, deməli, qaraciyərinizi xilas edə bilərsiz.

Milli.Az


Etiketlər:  Qaraciyəri piylənmədən xilas etmək üçün həftəyə bunu etməlisiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ