Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Microsoft" "TikTok"u satın almaq niyyətindədir

Tarix: 3 Avqust 2020 10:32

Bakı. Trend:

ABŞ-ın “Microsoft” şirkəti “TikTok” video paylaşım xidmətinin ABŞ üzrə əməliyyatlarını satın almaq üçün müraciət edib.

Trend-in məlumatına görə, “Microsoft” şirkətinin rəhbəri Satya Nadella bununla əlaqədar ABŞ Prezidenti Donald Trampla danışıb.

“Microsoft” “TikTok”un sahibi olan Çinin “ByteDance” şirkətinə təklif göndərdiyini açıqlayıb. Danışıqlar yaxın həftələrdə başlamalı və sentyabrın 15-dən gec olmayaraq başa çatmalıdır.

Qeyd edək ki, D.Tramp “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarından istifadə etməklə ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu və bu xidmətin fəaliyyətinin ABŞ-da dayandırmaq niyyətində olduğunu açıqlayıb. “Microsoft” xidmətin ABŞ üzrə əməliyyatlarını satın alacağı təqdirdə istifadəçi məlumatlarının digər ölkələrə ötürülməyəcəyini bildirib.


Etiketlər:  Microsoft TikToku satın almaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ