Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 01:52
İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix dəqiqləşib.
Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün sentyabrın 19-də start götürəcək.
Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.
Qeyd edək ki, A Seriyasında koronavirusa görə mart ayından dayanıdırılan 2019/2020 mövsümü 3 aydan sonra bərpa edilib və "Yuventus" çempionatın qalibi olub.