Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 10:28
"Neftçi" Bolqarıstan millisinin üzvü Martin Raynovu transfer etmək istəyib.
Qol.az "Topsport" nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün təklif göndərib. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb.
Bildirilib ki, M.Raynov gələcəyi ilə bağlı bir az daha gözləyəcək. Əgər o, xaricdən istədiyi təklif almasa, yenidən son klubu Sofiya "Levski"sinə qayıdacaq.