Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 13:32
Bakı. Trend:
Almaniyada koronavirus pandemiyasının ikinci dalğası artıq başlayıb.
Trend-in məlumatına görə, bunu Almaniya Həkimlər İttifaqının rəhbəri Zuzanne Yona deyib.
O bildirib ki, ikinci dalğa öz miqyasına görə birinci epidemiyadan kifayət qədər zəifdir və ölkənin xəstəxanaları yeni xəstələrin qəbuluna hazırdır.
Almaniyada koronavirusun birinci dalğasında pik nöqtə mart-aprel aylarına təsadüf edib.
Qeyd edək ki, bu günədək ölkədə 212 mindən çox şəxs koronavirusa yoluxub, 9 232 nəfər həyatını itirib.
Son iki həftə ərzində gündəlik yoluxma min nəfərə yaxın olub. İyulun əvvəlində isə bu göstərici 500-ü keçmirdi.