Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lempardın transfer hədəfləri bəlli oldu

Lempardın transfer hədəfləri bəlli oldu

Tarix: 4 Avqust 2020 17:50

"Çelsi"nin baş məşqçisi Frenk Lempardın transfer hədəfləri bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lempard ilk növbədə "Leicester City"nin sol cinah müdafiəçisi Ben Çiluellin transferində maraqlıdır. Alternativ variant kimi "Atletico"nun müdafiəçisi Xose Ximenesin adı da hallanır. Bununla yanaşı, 42 yaşlı mütəxəssis rəhbərlikdən bir qapıçı və minimum bir mərkəz müdafiəçisinin transferini istəyib.

Qeyd edək ki, "Çelsi" artıq heyətini Timo Verner və Hakim Zieşlə gücləndirib.

Milli.Az


Etiketlər:  Lempardın transfer hədəfləri bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ