Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Qars üzrə yükdaşımaların həcmi çox artıb

Bakı-Tbilisi-Qars üzrə yükdaşımaların həcmi çox artıb

Tarix: 4 Avqust 2020 21:12

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımalar artıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Qeyd olunub ki, Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam etdirilir:

"Dəmir yolları fəaliyyəti zəruri olan sahələrdən biridir. Pandemiya dövründə dəmir yolunun beynəlxalq yükdaşımalarda nə qədər əhəmiyyətli olduğu daha aydın görünür. Koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq, Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam etdirilir.

Digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə olunur və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur. Mütəxəssislər də dəmir yolu nəqliyyatını hazırda yükdaşımalarda ən təhlükəsiz vasitələrdən biri kimi qiymətləndirirlər. Beynəlxalq və daxili yükdaşımalar fasiləsiz aparılır. Ölkədə müxtəlif məhsullara olan tələbatın ödənilməsində çətinlik yaranmaması üçün, Rusiya, İran, Gürcüstan və digər ölkələrdən bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində də yükdaşımalar azalmayıb, əksinə artıb. Belə ki, Azərbaycan Dəmir Yollarında Bakı-Tbilisi-Qars dəmir yolu vastəsi ilə 2019- cu ilin 6 ayı ərzində ümumilikdə 42 min tondan çox yük daşınıb. 2020-ci ilin ilk 6 ayı ərzində bu rəqəm 170 mindən artıq olub. Bu isə o deməkdir ki, bu dəmir yolu ilə yükdaşımaların həcmi 127 min tondan çox artıb".


Etiketlər:  Bakı Tbilisi Qars üzrə yükdaşımaların həcmi çox artıb


RƏYLƏR