Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq''

''Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq''

Tarix: 5 Avqust 2020 22:14

"Maksimum çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq"

"İnsanların sosial izolyasiya tədbirlərinə əməl etməsi vacibdir. Düzdür, cəmiyyətimizi də başa düşmək lazımdır. İnsanların fikirləri müxtəlifdir. Buna görə də koronavirusla bağlı problemin qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər hər kəsə bir cür təsir göstərə bilər".

Sonxeber.net bildirir ki, bu fikirləri Sherg.az-a psixoloq Fərqanə Mehmanqızı deyib.

O bildirib ki, dövlətimiz üzərinə düşən bütün işləri görür:

"Ailədə bir neçə insanı idarə etmək çətindir, qaldı ki, bu qədər kütlənin idarə edilməsi. Pandemiya ilə əlaqədar həmfikir olmalıyıq. İnsanlar karantinlə bağlı evdədir. Maddi və psixoloji problemləri yaranıb. Karantinin elanı qəfil oldu deyə, insanların işləri yarımçıq qaldı. Mövcud durum və təzyiqlərin olması insanların psixologiyalarında müəyyən çətinliklər yaratdı. Amma hər bir mənfidən müsbət nəticə gözləmək lazımdır.

Müsbət nəticələri də yaratmaq öz əlimizdədir. Artıq karantinlə bağlı müəyyən yumşalmalar olub. Amma bu o demək deyil ki, hər şeyi öz axarına buraxmalıyıq. Bəzi insanlar var ki, cürbəcür yollara əl atırlar, qadağaları pozmağa çalışırlar. Hətta bu qədər ağır günlərin, hadisələrin şahidi olmağımıza baxmayaraq, xəstəliyin olmadığına inananlar var. Virusu əyləncəyə çevirənlər də mövcuddur. Bütün bunlar isə təhlükənin miqyasını yenidən böyüdə bilər.

Karantin yumşaldılsa da, maksimum çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq. Özümüz-özümüzə qadağalar qoymalıyıq.

Yoxsa vəziyyətdən tam çıxış yolu tapa bilmərik. Baş verənlər bir dalğa kimidir və ötüb keçəcək. Amma istər psixologiyamızda, istərsə də gündəlik həyatımızda öz izlərini buraxacaq. Hər kəs yaxınını, həyatını itirə bilər. İnsanlar bunu düşünüb, davranışlarına diqqət etməlidirlər".


Etiketlər:  Karantin qaydaları yumşalsa özümüzə qadağalar qoymalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ