Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yanıb - 8 ölü

Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yanıb - 8 ölü

Tarix: 6 Avqust 2020 12:52

Bakı. Trend:

Hindistanın qərbindəki Əhmədabad şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 8 nəfər həlak olub.

Qeyd olunur ki, qısa qapanma nəticəsində yaranan qığılcım xəstəxana əməkdaşının fərdi mühafizə geyiminin alışmasına səbəb olub. Onun təşviş içində qaçmağa başlaması ilə əlaqədar yanğın dəhliz boyunca yayılmağa başlayıb. Yanğının qarşısını bir saat sonra almaq mümkün olub.

Həlak olanların hamısı koronavirus xəstəsi olub. Mərtəbədə olan digər 40 xəstə başqa korpuslara köçürülüb.


Etiketlər:  Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yanıb ölü


RƏYLƏR